Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb - Ölənlər var

19:48 13.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus An-26 təyyarəsi qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, Nur Sultan-Almatı istiqamətində uçan hərbi təyyarə bu gün yerli vaxtla saat 17:22-də radarlardan itib. Təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya uğradığı bildirilir. Hadisə yerində yanğınsöndürən və xilasedici dəstələr, həmçinin təcili tibbi yardım briqadası işləyir.

İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.